Noyabrın 29-da Astara şəhərində “Heydər Əliyev və müasir dövlət quruculuğu” adlı işgüzar konfrans keçirilib.
Rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə çıxış edən Baş Prokurorluğun idarə rəisi Murad Dadaşov Ulu öndər Heydər Əliyevin mövcud iqtisadi inkişafın və hərtərəfli tərəqqinin əldə olunmasındakı rolundan bəhs edib. Bildirilib ki, Heydər Əliyevin müasir dövlət quruculuğu siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Çıxışında işgüzar tədbirin Astara şəhərində təşkilindən məmnunluğunu ifadə edib.
Konfransda, həmçinin Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, rayon prokuroru Əli Əliyev, Milli Məclisin deputatları Rəşad Mahmudov və Ziyafət Əsgərov, Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Anar Eyvazov və digərləri fenomenal şəxsiyyət Heydər Əliyevin gənclər siyasəti, ordu quruculuğu və insan hüquqlarına verdiyi dəyər, Ulu öndərin xilaskarlıq missiyası və zəngin dövlətçilik irsi mövzularında danışıblar.
Sonda dövlət başçısının 2003-cü ildən başlayaraq, yürütdüyü məqsədyönlü siyasət və bunun nəticəsində torpaqlarımızın işğaldan azad olunması ilə bağlı tarixi missiyasına həsr olunmuş “İlham” sənədli filmi nümayiş etdirilib.
XQ