Futbol komandası bürünc medal qazanıb

post-img

Noyabrın 23–27-də Türkiyənin An­talya şəhərində Türkiyə Respublikası­nın 100-cü ildönümünə həsr olunmuş beynəlxalq parlamentlərarası futbol turniri keçirilib. Turnirdə Türkiyə, Azər­baycan, Rumıniya, Bolqarıstan, Bosni­ya və Herseqovina, Macarıstan və Gür­cüstan parlamentlərinin komandaları iştirak ediblər.

B qrupunda mübarizə aparan Milli Məclisin komandası, ümumilikdə, 4 oyun­da 3 qələbə qazanaraq, yarışı bürünc medallarla başa vurub. Komandamızın yeganə məğlubiyyəti yarışı çempion kimi tamamlayan Rumıniya komandasına qar­şı oyunda qeydə alınıb.

Ə.BƏDƏLOV
XQ

Son xəbərlər