Ağdərə rayonu yenidən yaradılır

post-img

Dünən Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirilib. Komitə sədri Siyavuş Novruzov gün­dəliyə iki məsələnin – “Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında” və “Azərbay­can Respublikasının Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Qubadlı, La­çın və Şuşa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilmə­si haqqında” Qanun layihələrinin daxil edildiyini bildirib. O, hər iki sənədin ölkə Prezidenti tərəfindən qanunverici­lik təşəbbüsü qaydasında Milli Məclisə təqdim olunduğunu qeyd edib.

Komitə sədri müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Ağdərə ra­yonunun yaradılması haqqında” qanun layihəsinin tarixi ədalətin bərpası baxı­mından mühüm əhəmiyyət kəsb etdiyini deyib. O, Ağdərə rayonunun qədim dövr­lərdən başlayaraq bugünədək tarixi barə­də geniş məlumatı diqqətə çatdırıb. Qeyd edib ki, Ağdərə rayonu 1992-ci il oktyabrın 13-də ləğv olunaraq, onun ərazisi Kəlbə­cər, Tərtər və Ağdam rayonlarının inzibati ərazilərinə verilib. Bildirilib ki, 2023-cü ilin 19-20 sentyabrında aparılan lokal antiter­ror tədbirləri zamanı Ağdərə azad edilib. Azərbaycan Prezidenti İlham Əliyev bu il oktyabrın 15-də Ağdərə şəhərində Azər­baycanın Dövlət Bayrağını ucaldıb.

Qanun layihəsinə əsasən, 1660,83 kv.km ərazidə yaradılacaq Ağ­dərə rayonuna Kəlbəcər rayonundan 735,84 kv.km, Tərtər rayonundan 851,25 kv.km və Ağdam rayonundan 73,74 kv.km ərazi veriləcək.

Müzakirələrdə çıxış edən parlamen­tin komitə sədrləri və deputatlar qanun layihələrini məqsədə müvafiq hesab ediblər. Deputatlar işğaldan azad edilmiş ərazilərin bərpasının və yenidən qurulma­sının bu gün prioritet məsələ olduğunu, təklif edilən dəyişikliklərin bu regionların sosial-iqtisadi inkişafına xidmət edəcəyini bildiriblər.

Müzakirələrin sonunda hər iki qanun layihəsi baxılmaq üçün Milli Məclisin ple­nar iclasına tövsiyə olunub.

Ə.BƏDƏLOV
XQ

Son xəbərlər