Suriyadan 12 vətəndaş da vətənə qaytarılıb

post-img

Azərbaycan Hökuməti Suriyadan 12 nəfər vətəndaşın da ölkəmizə qaytarılmasına nail olub. Onlardan 4-ü qadın, 8-i uşaqdır. 

Bu barədə Əmək və Əhalinin So­sial Müdafiəsi Nazirliyindən aldığımız xəbərdə bildirilir ki, həmin şəxslər So­sial Xidmətlər Agentliyinin müvafiq müəssisəsinə yerləşdirilib. Onlara ilkin tibbi, sosial-psixoloji dəstək göstərilib. Növbəti mərhələdə agentliyin sosial iş­çiləri və psixoloqları ölkəyə qaytarılan şəxslərin sosial-psixoloji vəziyyətlərini qiymətləndirəcək və hər biri ilə bağlı fərdi psixoloji dəstək tədbirləri həyata keçirəcək. 

Xatırladaq ki, indiyədək xaricdən ölkəyə qaytarılan vətəndaşlar agent­likdə psixoloji konsultasiyalara, maarif­ləndirici tədbirlərə, müxtəlif dərnəklərə cəlb ediliblər.

Z.HÜSEYNOVA
XQ

Son xəbərlər