Laçında məskunlaşma davam edir

post-img

Dünən səhər Bakı şəhərindən 81 nəfərlik 21 ailə Laçın şəhərinə yola salınıb.

Doğma yurduna qayıdan ailələri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayo­nunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin və “Bakı Abadlıq Xid­məti” MMC-nin nümayəndələri qarşıla­yıblar. Bununla da, Laçın şəhərində daimi məskunlaşan ailələrin sayı 346-ya, sakin­lər isə1326 nəfərə şatıb. 

Köçürülən ailələrin Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduq­dan sonra dövlət başçısının göstərişi əsa­sında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şəra­it yaradılıb.

XQ

Son xəbərlər