Bakıda BƏƏ-nin Müstəqillik Günü

post-img

Dünən Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı – müstəqilliyin 52-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil edilib. 

BƏƏ-nin səfiri Məhəmməd Əl Bluşi ölkəsinin inkişaf ta­rixindən danışıb. Ölkələrimiz arasında diplomatik münasi­bətlərin qurulmasından artıq 30 ildən çox vaxt keçdiyini qeyd edən diplomat Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbay­can arasında ikitərəfli münasi­bətlərin hörmət və əməkdaşlıq prinsiplərinə əsaslandığını bil­dirib. 

Birləşmiş Ərəb Əmirlik­ləri xalqını milli bayram mü­nasibətilə təbrik edən elm və təhsil naziri Emin Əmrullayev ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu söyləyib. Nazir bildirib ki, Azər­baycan BƏƏ ilə münasibətlərə xüsusi önəm verir. 

Tədbir konsert proqramı ilə davam edib. 

XQ

Son xəbərlər