Ədliyyə Nazirliyində bayram mərasimi

post-img

Noyabrın 22-də Ədliyyə Nazirliyində ədliyyə orqanlarının 105 illiyi və peşə bayramı günü münasibətilə təntənəli yığıncaq keçirilib.

Ədliyyə naziri Fikrət Məmmədov peşə bayramı günü münasibətilə ədliyyə işçilə­rini təbrik edib, builki bayramın “Heydər Əliyev İli”ndə və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərli­yi ilə Vətənimizin ərazi bütövlüyünün və suverenliyinin tam təmin edilməsi ilə bağlı tarixi Zəfərimizin yaşatdığı yüksək qürur hissi ilə qeyd olunduğunu bildirib. 

Ümummilli liderin xalqımız və dövlə­timiz qarşısında misilsiz xidmətləri, Azər­baycan ədliyyəsinə daim xüsusi diqqət göstərdiyi vurğulanıb, yubiley ilində “Heydər Əliyev və Azərbaycan ədliyyəsi” xüsusi kitabının hazırlandığı bildirilib.

Nazir Prezident İlham Əliyevin 20 illik zəfər yolundan danışaraq ölkəmizin da­vamlı sosial-iqtisadi inkişafını, beynəlxalq aləmdə nüfuzunun günbəgün yüksəl­məsini qeyd edib. Bildirib ki, Ümummilli liderin şah əsəri olan müstəqil Azərbay­can dövləti özünün ən qüdrətli dövrünü yaşayır, bayrağımız azad edilmiş bütün torpaqlarımızda – Şuşada, Xankəndidə vüqarla dalğalanır.

Dövlətimizin başçısının rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəal iştirakı ilə doğma torpaq­larımızda sürətli bərpa-quruculuq işləri aparılaraq Qarabağ və Şərqi Zəngəzur dirçəlir, soydaşlarımız öz dədə-baba yurdlarına dönərək orada həyat yenidən qaynayır.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev və Ali Məhkəmənin sədri İnam Kərimov çıxış edərək ədliyyə işçilərinin peşə bayramı günü münasibə­tilə təbriklərini çatdırıb, insan hüquqları­nın və qanunun aliliyinin təmin olunması sahəsində ədliyyə orqanlarının əməkdaş­larına uğurlu fəaliyyət arzulayıblar.

XQ



Son xəbərlər