Odlu silahlar təhvil verilib

post-img

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirlər davam etdirilir. 

DİN-in mətbuat xudmətindən verilən məlumata görə, noyabrın 22-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1  ədəd avtomat,  1 ədəd tapança,  2 patron darağı,  23 ədəd avtomat sandığı, 520 ədəd müxtəlif çaplı patron və 21 ədəd müxtəlif markalı ov tüfəngi təhvil götürüblər.

Keçirilən əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 7 ov tüfəngi aşkar edilərək götürülüb.

DİN mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, ötən gün ərzində 1 ədəd avtomat, 1 ədəd daraq və 45 ədəd patron, eləcə də 5 ədəd müvafiq sənədləri olmadan ov tüfəngi könüllü olaraq polis əməkdaşlarına təhvil verilib.

İmişli Rayon Polis Şöbəsinə Araz çayının rayon ərazisindən keçən hissəsinin sahilində müxtəlif növ silah-sursat tapılması barədə məlumat daxil olub. Dərhal şöbə əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və ərazidən 23 ədəd daraq və 467 ədəd patron aşkarlanaraq götürülüb.

Həmçinin, son iki gün ərzində şöbə əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində aparılan profilaktiki tədbirlər nəticəsində 4 nəfər rayon sakini qanunsuz olaraq saxladıqları odlu silahları polis əməkdaşlarına təhvil veriblər.

Faktlarla bağlı araşdırmalar aparılır.

 

P.ƏMİRCANOV

XQ

Son xəbərlər