Ceyhun Bayramovun xarici qonaqlarla görüşləri

post-img

Noyabrın 22-də xarici işlər naziri Ceyhun Bayramov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Xarici İşlər, Birlik Ölkələri və İnkişaf Ofisində Dövlət katibinin Avropa məsələləri üzrə müavini Leo Dokertinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazir Ceyhun Bayramov Azərbayca­nın Böyük Britaniya ilə çoxşaxəli münasi­bətlərinə önəm verdiyini vurğulayaraq iki ölkə arasında siyasi, iqtisadi, enerji, təh­lükəsizlik və humanitar sahələrdə möv­cud tərəfdaşlığın daha da gücləndirilməsi imkanlarına toxunub və siyasi dialoqun intensivləşdirilməsinin yeni əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsi baxı­mından önəmli olduğunu bildirib.

Bununla yanaşı, tərəflər iki ölkə ara­sında nəqliyyat, təhsil və bərpaolunan enerji sahələrində əməkdaşlıq, habelə Böyük Britaniya şirkətlərinin işğaldan azad olunmuş ərazilərin bərpası və ye­nidən qurulması istiqamətindəki mümkün fəaliyyəti barədə fikir mübadiləsi aparıb­lar.

Nazir, həmçinin həmkarını bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan geniş­miqyaslı bərpa və quruculuq işləri, bu fəaliyyətə maneə törədən mina təhdidi, habelə Azərbaycanın Cənubi Qafqaz re­gionunda dayanıqlı sülhün təsis edilməsi planları və bu istiqamətdə atılan praktiki addımlar, eyni zamanda, Ermənistanla normallaşma gündəliyi barədə məlumat­landırıb.

Görüşdə yeni əməkdaşlıq istiqamət­ləri və qarşılıqlı maraq kəsb edən digər mövzular ətrafında fikir mübadiləsi aparı­lıb. 

***

Dünən xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan İs­lam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hissein Brahim Taha ilə də gö­rüşüb.

Görüşdə Azərbaycan və İƏT arasında mövcud əməkdaşlıq gündəliyi və əlaqələ­rin perspektivləri, İƏT-in gələn il keçirilə­cək Zirvə görüşünə və digər yüksək sə­viyyəli tədbirlərə hazırlıq məsələləri və bu çərçivədə ölkəmizin planları, habelə böl­gədə cari vəziyyət müzakirə olunub.

C.Bayramov təşkilatla qurulan sıx əməkdaşlıq əlaqələrini məmnunluqla vurğulayıb. Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin əmək nazirlə­rinin 5-ci konfransı çərçivəsində təşkilatın Əmək Mərkəzinin Bakıda açılışının mü­nasibətləri daha da irəli aparacağı qeyd olunub.

Aparılacaq birgə işlərin əmək, məş­ğulluq, sosial müdafiə və insan kapitalının inkişafı sahəsində üzv ölkələrin əməkdaş­lığının genişləndirilməsinə xidmət edəcə­yi diqqətə çatdırılıb.

XQ



Son xəbərlər