Naxçıvanda Qərbi Azərbaycana qayıdışa həsr olunan festival və konqres keçirilir

post-img

Naxçıvan şəhərində “Qərbi Azərbaycana qayıdış” adlı festival və “Qərbi Azərbaycana qayıdışa gedən yol” mövzusunda konqres keçirilir.

Qonaqlar ilk olaraq Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, ehtiramlarını bildiriblər. Sonra Heydər Əliyev Muzeyi ilə tanışlıq olub.

Tədbirdə bir sıra rəsmi şəxslərlə yanaşı, ölkəmizin və qardaş Türkiyənin nüfuzlu ali məktəblərinin rektorları, görkəmli tədqiqatçılar iştirak edirlər.

Qərbi Azərbaycana həsr olunan festival və konqres Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti, Qərbi Azərbaycan İcması və Qərbi Azərbaycandan olan ziyalılarımızın birgə təşkilatçılığı ilə baş tutur.







Son xəbərlər