Konfransın Bəyannaməsi

post-img

Bakıda keçirilən konfransın yekun Bəyannaməsi qəbul olunub. 

Qoşulmama Hərəkatının konfransda təmsil olunan üzv dövlətləri Bəyannamə­də Hərəkatın perspektiv gündəliyi kimi insan hüquqlarının inkişaf etdirilməsi və qadınların səlahiyyətləndirilməsinə sa­diqliklərini vurğulayıb, qadınların inkişafı və onların insan hüquqlarının təmin olun­ması sahəsində problemlərinin həlli üçün siyasi iradələrini bir daha ifadə ediblər. 

İştirakçılar cəmiyyətin bütün sahələ­rində qadınların təmsil olunmalarını, tam, bərabər və mənalı iştirakını təmin etmək öhdəliklərini bir daha təsdiqləyib, Qoşulmama Hərəkatının üzv dövlətləri­nin siyasi sistemlərində onların bərabər iştirakının təşviqinin xüsusi əhəmiyyətini bildiriblər. 

Həmçinin birtərəfli məcburetmə təd­birlərinin qadınlara və qızlara, o cümlə­dən, onların rifahının və insan hüquq­larının tam təmin olunmasına yönəlmiş milli siyasət və proqramlara zərərli təsiri tanınıb, bu kontekstdə onların dərhal və qeyd-şərtsiz tam ləğvini pisləmək və tələb etmək əzminə sadiqlik bir daha ifa­də olunub. 

BMT sisteminin təşkilatlarının öz mandatları çərçivəsində qadınların inki­şafı və səlahiyyətlərinin artırılması, onla­rın insan hüquqlarından istifadə edilməsi­nin təşviqində bütün dövlətlərin səylərini dəstəkləmək üçün mərkəzi və əlaqələn­dirici rolu tanınıb. 

İştirakçılar, habelə gender bərabərli­yinə nail olunması, bütün qadınların və qızların səlahiyyətlərinin artırılması üzrə məqsədin, eləcə də gender perspektivinin 2030-cu il İnkişaf Gündəliyinə daxil edil­məsini və inteqrasiyasını alqışlayıblar. 

Onlar Qoşulmama Hərəkatının Qa­dınlar Platformasının yaradılması təklifini nəzərə aldıqlarını, Qoşulmama Hərəka­tının Koordinasiya Bürosu vasitəsilə bu təşəbbüsü, o cümlədən, onunla bağlı iş üsullarını müzakirə etdiklərini diqqətə çatdırıblar. 

Sonda qonaqpərvərliyə və noyabrın 20–21-də Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması mövzusunda beynəlxalq konfransa evsa­hibliyi etdiyinə görə Azərbaycan xalqına və hökumətinə minnətdarlıq ifadə edilib.

Beləliklə, Bəyannamədə də qeyd edildiyi kimi, Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatının çətiri altında daha bir qurum – Qadınlar Platforması­nın yaradılması qərara alınıb. Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulma­ma Hərəkatının Parlament Şəbəkəsi və Gənclər Şəbəkəsindən sonra Qadınlar Platformasının təsis olunması Azərbay­canın Hərəkatın fəaliyyətinin daha da təkmilləşdirilməsinə növbəti töhfəsidir.

XQ

Son xəbərlər