Prezident Əbdüllətif Camal Rəşid İçərişəhərlə tanış olub

post-img

Ölkəmizdə rəsmi səfərdə olan İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid noyabrın 21-də dünya mədəni irs abidələrindən biri olan İçərişəhərlə tanış olub.

Gəzinti zamanı ali qonaq orta əsr Şərq memarlığının şah əsəri, dünya əhəmiyyətli tarix-memarlıq abidəsi olan “Şirvanşahlar sarayı komplek­si”ni ziyarət edib. 

Məlumat verilib ki, XV əs­rin əvvəllərində inşa olunmuş tarixi abidənin tikililəri İçə­rişəhərin təpələrindən birinin ən hündür nöqtəsində yerləşir. O, Xəzər dənizindən və şəhə­rin ətrafındakı yüksəkliklərdən aydın görünür. Kompleks bu günədək öz tarixi-memarlıq üstünlüyünü saxlamaqdadır.

Kiçik Qala küçəsi ilə gə­zinti zamanı İraq Prezidentinə UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilmiş “İçə­rişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, burada aparılan abad­laşdırma və bərpa işləri barə­də məlumat verilib. Əbdüllətif Camal Rəşid burada isti təndir çörəyinə qonaq edilib.

İçərişəhərlə tanışlıq ali qo­naqda xoş təəssürat yaradıb.

Son xəbərlər