Baş Prokurorluq tərəfindən Astarada ətraf region prokurorluqları və hüquq-mühafizə orqanlarının məsul əməkdaşları, digər dövlət qurumları, habelə təhsil müəssisələri nümayəndələrinin iştirakı ilə konfrans təşkil ediləcək.
Baş Prokurorluqdan XQ-yə verilən məlumata görə, tədbir noyabrın 29-da baş tutacaq.
Toplantıda dövlət qurumları ilə qeyri-hökumət təşkilatları və bölgə mediası arasında operativ və səmərəli əməkdaşlığın qurulması məqsədilə müzakirələr aparılacaq.
Tədbir çərçivəsində Astara rayon prokurorluğunda “Açıq qapı” günü təşkil ediləcək.
Rizvan FIKRƏTOĞLU
XQ

