DİN-in mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 20-də ölkə ərazisində qeydə alınan 48, əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Məlumatda bildirilir ki, axtarışda olduğuna görə ümumilikdə 109, o cümlədən borclu şəxs qismində axtarışda olan 90 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Bundan əlavə, narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 51 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 20 nəfər saxlanılıb.
P.ƏMİRCANOV
XQ

