Nazirlər regional vəziyyəti müzakirə ediblər

post-img

Noyabrın 18-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.

Nazirlər ikitərəfli və regional gündəlikdə duran, həlli zəruri olan məsələləri, eləcə də cari regional vəziyyəti müzakirə ediblər.

Bölgədə regional formatlar çərçivəsində aparılan işin vacibliyi, bu istiqamətdə səylərin artırılmasının əhəmiyyəti qeyd edilib, bu prosesin regionda sülh və sabitliyə töhfə verəcəyi vurğulanıb.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar. 

XQ

 

Son xəbərlər