“Ermənistanda dövlət idarəetmə sistemi yaranmış fövqəladə vəziyyətə qətiyyən adekvat deyil. Müttəfiqlərin və dost qonşuların etimadı sarsılıb. Nəticədə Ermənistan bəzi Qərb dövlətlərinin siyasi bəyanatlarına arxalanmaq məcburiyyətindədir, praktikada isə təcrid olunmuş vəziyyətdə qalır”. Bu barədə Ermənistanın keçmiş baş naziri Xosrov Arutyunyanın erməni mətbuatında dərc olunan məqaləsində deyilir.
“İroniya ondan ibarətdir ki, dövlətimiz üçün həyati əhəmiyyət kəsb edən məsələlər tez-tez bizim iştirakımız olmadan üçüncü ölkələr tərəfindən müzakirə edilir və həll olunur. Üstəlik, Ermənistan hakimiyyəti beynəlxalq platformalarda öz üzərinə öhdəliklər götürərsə, qonşularımız üçün ermənipərəst hərəkət və ya təşəbbüs hərbi əməliyyatların bərpası üçün qanuni səbəb kimi qəbul edilə bilər.
Biz etiraf etmək məcburiyyətindəyik ki, bölünmüş cəmiyyət, məhdud iqtisadi və hərbi resurslar və etibarlı beynəlxalq tərəfdaşların olmaması fonunda qəbuledilməz sülh və müharibə arasında dağıdıcı seçim qarşısındayıq.
Hazırkı vəziyyətdə hərbi əməliyyatların bərpası üçün əsas təhlükənin Ermənistanın hazırkı hakimiyyətinin siyasəti olduğu göz qabağındadır”, - məqalədə deyilir.
XQ