Oğurluğa görə məhkum olunmuş şəxslər saxlanılıblar

post-img

Sabunçu RPİ 42-ci bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə noyabrın 15-nə keçən gecə Nardaran qəsəbəsi ərazisində bir evin həyətindən 5000 manat dəyərində avtomobil ehtiyat hissələrini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Mirəhəd Qsımov və Qazax rayon sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş Amil Yolçuyev saxlanılıblar. 

Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə noyabrın 2-də rayon ərazisindəki bərbərxanaların birindən 1000 manat dəyərində saç kəsən avadanlıqlar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Kamran Şükürov müəyyən olunaraq saxlanılıb. 

Hər iki faktla bağlı araşdırma aparılır.

XQ

 

Son xəbərlər