Latviya Respublikasının 105 illik yubileyi qeyd edilib

post-img

Latviya elan olunmasının 105-ci ildönümü münasibətilə noyabrın 17-də Bakıda rəsmi qəbul təşkil edilib. 

Ölkəsinin tarixinə, keçdiyi inkişaf yoluna nəzər salan Latviya səfiri Edqars Skuya Azərbaycan–Latviya əlaqələrinin müxtəlif sahələrdə dinamik inkişafından danışıb. Ölkələrimiz arasındakı diplomatik əlaqələrin 2024-cü ildə 30 illiyinin qeyd olunacağını diqqətə çatdıran səfir, münasibətlərin strateji əməkdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayıb. 

Tədbirdə çıxış edən xarici işlər nazirinin müavini Samir Şərifov Azərbaycan hökuməti adından Latviya xalqını Respublikanın yaranmasının 105-ci ildönümü münasibətilə təbrik edib. 

XQ

 

Son xəbərlər