Sahibkar məsuliyyətə cəlb olunub

post-img

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarının birgə iştirakı ilə keçirilən tədbirlər zamanı rayonun Talış kəndi ərazisində yerləşən avtomobil təmiri məntəqəsinin ətrafında yaranan tullantıların qalaqlanması faktı aşkar edilib. 

Aşkar edilmiş faktla bağlı qeyd olunan qayda pozuntusuna yol verən sahibkarlar barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsi ilə protokol tərtib olunub və həmin şəxs qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunub.

P.ƏMİRCANOV

XQ

Son xəbərlər