YAP nümayəndə heyəti Şimali Kiprdə

post-img

Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyəti Şimali Kipr Türk Cümhuriyyətində səfərdədir.

Səfər çərçivəsində noyabrın 14-də "Boğaz şəhidliyi" ziyarət edilib, 1974-cü ildə həyata keçirilən "Barış" hərəkatında şəhidlik zirvəsinə yüksəlmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi dərin ehtiramla yad olunub.

Nümayəndə heyəti Şimali Kipr Türk Cümhuriyyətinin yaradılmasının 40-cı ildönümü münasibətilə keçirilən təntənəli Cümhuriyyət yürüşündə də iştirak edib.

Bundan sonra Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri, Ulusal Birlik Partiyasının (UBP) Sədri Ünal Üstünlə YAP nümayəndə heyəti və qardaş Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) Sədrinin birinci müavini, Bursa millət vəkili Efkan Alanın rəhbərlik etdiyi AK Parti nümayəndə heyəti arasında görüş keçirilib.

Yeni Azərbaycan Partiyasının mətbuat xidmətindən bildirilib ki, görüşdə xalqlarımız və hakim partiyalar arasında əməkdaşlığın əhəmiyyətindən və perspektivlərdən bəhs edilib.

XQ

 

Son xəbərlər