Qeydə alınmış 73 cinayətin üstü açılıb

post-img

Noyabrın 11-12-də ölkə ərazisində qeydə alınmış 73, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub. Bu barədə DİN-in mətbuat xidmətindən verilən məlumatda bildirilir. 

Məlumata görə, axtarışda olan ümumilikdə 64, o cümlədən, borclu şəxs qismində axtarılan 47 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 25, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 34 fakt müəyyən edilib.

Bundan əlavə, cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb.

P.ƏMİRCANOV

XQ

Son xəbərlər