Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə sosial şəbəkədə paylaşım edib.
Türkiyə Prezidenti yazıb: “Qardaş Azərbaycanın 8 Noyabr – Zəfər Gününü ürəkdən təbrik edir, Qarabağın azadlığı uğrunda 44 gün boyunca qəhrəmancasına döyüşmüş qazilərimizi hörmətlə, şəhidlərimizi ehtiramla yad edirəm. Qarabağ Azərbaycan torpağıdır və inşallah, qiyamətə qədər də belə qalacaq”.