BDU-da Zəfər günü təntənəsi

post-img

Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) 8 Noyabr – Zəfər Günü münasibətilə maraq doğuran yeni layihəyə imza atıb.  BDU THİK-in təşkilatçılığı ilə universitetin əsas və 2 saylı tədris binaları Dövlət Bayrağımızın rəngləri ilə işıqlandırılıb. 

Universitetin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, bu gün Bayrağımız Qarabağın mərkəzində - Xankəndidə dalğalanır. Bu gün Ali Baş Komandan İlham Əliyevin iştirak etdiyi hərbi paradda Azərbaycan Bayrağı Qələbənin, işğaldan azad olunmuş torpaqların, Azərbaycan xalqının qürur hisslərinin və ədalətin rəmzi oldu və bizim hər birimizi bu münasibətlə təbrik etmək olar. Universitetin tədris binalarının üçrəngli bayrağımızın rəngləri ilə işıqlandırılması bayrağımızın ölkəmizin hər yerində dalğalandırılması və suverenliyimizin bərpasının  təntənəsidir.  

XQ

Son xəbərlər