Naxçıvanda Zəfər Günü münasibətilə atəşfəşanlıq olub

post-img

Naxçıvan şəhərinin mərkəzi meydanında Zəfər Gününə həsr olunan konsert təşkil edilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, konsertdə Naxçıvan Qarnizonu Hərbi Orkestrinin və Naxçıvan Dövlət Filarmoniyasının təqdimatında vətənpərvərlik ruhunda musiqi nömrələri və ifalar səsləndirilib. Gecəyə rəng qatan ifalar muxtar respublika sakinlərində xoş ovqat yaradıb.

Sonda Zəfər Günü münasibətilə atəşfəşanlıq olub.

Qeyd edək ki, bu gün, həmçinin Naxçıvanda Ulu Öndərin 100 illiyinə və Zəfər Gününə həsr olunan genişmiqyaslı ağacəkmə aksiyası da keçirilib.

Son xəbərlər