BDU-nun Tarix fakültəsi və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə “Zəfər salnaməsinin müəllifi - İlham Əliyev” adlı yığıncaq keçirilib.
BDU-nun mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, yığıncaqda BDU-nun Qərbi Azərbaycan İcmasının nümayəndələri, tarix fakültəsinin professor-müəllim heyəti və tələbələri iştirak ediblər. Əvvəlcə Dövlət himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin əziz xatirəsi anılıb.
Giriş sozü iə çıxış edən Tarix fakültəsinin dekanı İbrahim Zeynalov Azərbaycan xalqının öz Prezidentinin ətrafında daha sıx birləşdiyini bildirib və qeyd edib ki, hərbi əməliyyatların başladığı ilk gündən Dövlət-Xalq-Ordu birliyi nümunəyə çevrildi. Müzəffər Ali Baş Komaandan yalnız döyüşləri idarə etmədi, həm də Azərbaycanın haqq işinə xələl gətirməyə çalışanların təbliğat maşınlarını darmadağın etdi. Xarici KİV-lərə verdiyi müsahibələrlə haqq işimizi və mübarizəmizi dünyaya çatdırdı. Ermənistanın əsl simasını, mənfur xislətini, təcavüzkar siyasətini ifşa edən Ali Baş Komandan həm işğalçıya, həm də onun havadarlarına Vətən müharibəsində məğlubiyyətə düçar olacaqlarının anonsunu da öncədən verdi. Bu, bizim gücümüzün, qüdrətimizin və inamımızın qələbəsi idi.
Mənbəşünaslıq-tarixşünaslıq kafedrasının müdiri, Milli Məclisin üzvü Anar İsgəndərov zaman ötdükcə böyük Zəfərin nəticələrinin, yaratdığı dəyişikliklərin daha dərindən araşdırılacağından danışıb.
Qərbi Azərbaycan İcmasının nümayəndələri, AMEA-nın Tarix İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri Cəbi Bəhramov və Prezident kitabxanasının şöbə müdiri Nazim Mustafa son yüz ilin ən böyük qələbəsinin Ali Baş Komandan, Prezident İlham Əliyevin 20 il ərzində apardığı məqsədyönlü və uzaqgörən siyasətin nəticəsi olduğunu bildiriblər.
Sonda tələbələrin ifasında şeirlər səsləndirilib və Zəfər Gününə həsr edilmiş videoçarx nümayiş olunub.
XQ