Selçuk Bayraktar: Bütün dünyaya göstərdiyimiz qardaşlığımızla hər zaman həmrəy olmağa davam edəcəyik

post-img

Silahlı pilotsuz uçuş aparatları (SİHA) ilə qazanılan ilk qələbə kimi tarixə keçən Azərbaycan Zəfərini təbrik edir, şəhidlərimizi rəhmətlə anıram.

Bu fikirlər Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktarın Zəfər Günü ilə bağlı sosial media hesabında etdiyi paylaşımda bildirib.

Təbrik mesajında deyilir: “Çətin günlərdə bütün dünyaya göstərdiyimiz qardaşlığımızla hər zaman həmrəy olmağa davam edəcəyik”.

Paylaşım Türk və Azərbaycan dillərində edilib.

Selçuk Bayraktar mesajına şanlı Qarabağ Zəfəri ilə bağlı hazırlanan xüsusi videoçarxı əlavə edib.

Sosial həyat