Naxçıvanda Ali Məclisin Zəfər Gününə həsr olunmuş iclası

post-img

Noyabrın 7-də altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2023-cü il payız sessiyasının Zəfər Gününə həsr olunmuş iclası keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov qeyd edib ki, Zəfərimizin üçüncü ildönü­mü Xankəndidə hərbi paradla qeyd olu­nacaq. Bu tarixi günü Azərbaycan xalqı­na bağışlayan möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevə daim minnətdarıq. Qərara alındı ki, siyasi qurum olaraq Ali Məclis də bu məsələyə münasibət bildirsin.

Ali Məclisin deputatları Aidə Cəlilza­də, Elman Cəfərli, Yeganə Məmmədova, Nüsrət Həsənov, Vüqar Abbasov və İsa Məmmədov Prezibent, Ali Baş Koman­dan İlham Əliyevin rəhbərliyi və rəşadətli ordumuzun işğal altında olan torpaqları­mızın azad olunması missiyasını yerinə yetirdiyini, ərazi bütövlüyümüzün, tarixi ədalətin bərpasını təmin etdiyini diqqətə çatdırıblar. Tarixə qızıl hərflərlə yazılan Zəfər Gününün milli mövcudluğumuzun ən şərəfli və parlaq səhifələrindən biri ol­duğu vurğulanıb. 

Sonra Ali Məclisin deputatı Vüsalə Əliyevaya Zəfər Gününün ildönümü ilə əlaqədar Naxçıvan Muxtar Respublika­sı Ali Məclisinin Bəyanatını səsləndirib. Sənəd səsə qoyularaq qəbul edilib. 

Daha sonra Naxçıvan Muxtar Res­publikası Baş nazirinin 2023-cü il 6 no­yabr tarixli təqdimatı müzakirəyə çıxarı­lıb, qərar layihəsi səsə qoyulub. Nəsirov Səfəralı Üzeyir oğlu Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentli­yinin sədri vəzifəsinə təsdiq edilib.

Sonda cari məsələlərin müzakirə olu­nub, bir sıra deputatların hesabtları dinlə­nilib. Verilən təkliflər aidiyyəti qurumlara göndərilmək üçün qeydə alınıb. Bunun­la da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclası öz işini başa çatdırıb. 

XQ



Son xəbərlər