Azərbaycan–Çin ticarət əlaqələrinin həcmi sürətlə artır

post-img

Çinin Şanxay şəhərində Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 9-cu iclası keçirilib.

Iclasda Azərbaycan nümayəndə heyətinə Baş nazirin müavini, Azərbay­can–Çin Hökumətlərarası Ticarət-İqti­sadi Əməkdaşlıq Komissiyasının həm­sədri Şahin Mustafayev, Çin tərəfinə isə ticarət nazirinin müavini, hökumət­lərarası komissiyanın həmsədri Lin Ci rəhbərlik edib.

Ş.Mustafayev iki ölkənin ticari-iqti­sadi istiqamət də daxil olmaqla müxtəlif sahələrdə uğurla əməkdaşlıq etdiyini, qarşıda iqtisadi əməkdaşlığın keyfiy­yətcə yeni məzmun ilə zənginləşdiril­məsi vəzifəsi durduğunu bildirib. O, ötən il Azərbaycan–Çin ticarət əlaqələ­rinin həcminin əvvəlki illə müqayisədə 21 faiz çoxaldığını, qarşılıqlı ticarətin cari ilin 9 ayı ərzində təxminən 50 faiz artmasının müsbət dinamikanın göstə­ricisi olduğunu deyib. 

Çinin ticarət nazirinin müavini, hö­kumətlərarası komissiyanın həmsədri Lin Ci Çin–Azərbaycan münasibətləri­nin bütün sahələrdə yüksək səviyyədə inkişaf etdiyini bildirib, əməkdaşlığımı­zın inkişafında dövlət başçısının səy­lərini vurğulayıb. Bu xüsusda Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə Azərbaycan Prezidenti İlham Əliyevin ötən il Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənddəki Zirvə toplantısı çərçi­vəsində görüşünün əhəmiyyəti qeyd edilib. 

Sonda Azərbaycan-Çin Hökumət­lərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 9-cu iclasının protokolu imzalanıb.

***

Baş nazirin müavini Şahin Musta­fayev 6-cı Çin Beynəlxalq İdxal Sərgi­si çərçivəsində təşkil olunan Honçiao Beynəlxalq İqtisadi Forumunun “Qlobal ekoloji sivilizasiyanın qurulması üçün yaşıl investisiya və ticarətin inkişaf et­dirilməsi” adlı plenar iclasında çıxışı edib. O bildirib ki, son illər Azərbayca­nın Çin ilə iqtisadi əməkdaşlığı geniş­lənərək bütün sahələrdə nəzərəçarpa­caq inkişafa səbəb olub. Azərbaycan ilk dövrdən Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpinin iki ölkə ara­sında əlaqələri gücləndirən və müxtəlif sahələrdə yeni əməkdaşlıq imkanları yaradan “Bir kəmər, bir yol” təşəbbüsü­nü dəstəkləyib. Azərbaycan bu təşəb­büsün əsas istiqamətlərindən biri olan “yaşıl inkişaf”ın təşviqini də dəstəkləyir. 

Azərbaycanın 2030-cu ilədək al­ternativ və bərpaolunan mənbələrdən əldə edilən enerjinin həcmini 30 faizə çatdırmaqda qərarlı olduğunu bildirən Ş.Mustafayev işğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının Prezident İlham Əliyevin tapşırığı ilə “Yaşıl enerji zonası” kon­sepsiyası formatında bərpa edildiyini, həmin ərazilərdə ən müasir texnologiya və konsepsiyaların, o cümlədən “ağıllı kənd”, “ağıllı şəhər”, “ağıllı kənd təsər­rüfatı” və “yaşıl enerji”nin tətbiq olundu­ğunu diqqətə çatdırıb. 

Ölkəmizin alternativ və bərpaolu­nan enerji potensialı haqqında məlu­mat verən Baş nazirin müavini bildirib ki, bu sahə artıq Azərbaycanda xarici investisiyaların əsas mənbəyinə çev­rilib. O, Azərbaycandakı “yaşıl enerji” layihələrində Çin şirkətləri ilə uğurlu əməkdaşlıq qurulduğunu deyib. 

Ş.Mustafayev diqqətə çatdırıb ki, ötən ilin dekabrında Buxarestdə Azər­baycan, Gürcüstan, Rumıniya və Ma­carıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahə­sində strateji tərəfdaşlıq haqqında im­zalanan Sazişə əsasən Azərbaycanda istehsal edilən “yaşıl enerji” Avropaya nəql olunacaq.

XQ

Son xəbərlər