Jurnalist Akopyan: “Kim dedi ki, Rusiya bizim əbədi dostumuzdur?”

post-img

“Ermənistan-Rusiya münasibətlərində istər gərgin, istər bugünkü kimi, istərsə də dostluq münasibətlərində əsas problemlərdən biri Ermənistanda, beynimizdə və ürəyimizdədir”. Bu barədə jurnalist Tatul Akopyan "Facebook" səhifəsində yazıb.

“Ermənistanın kollektiv siyasi fikri Rusiyanı daimi dost kimi qəbul edir. Rusiya isə öz maraqlarından çıxış edərək Türkiyə ilə əməkdaşlıq edəndə, Azərbaycanı dəstəkləyəndə biz çox məyus oluruq. İttihamlar başlayır: Rusiya bizə xəyanət etdi, Rusiya Türkiyə və Azərbaycanla çirkin sövdələşmə etdi, Rusiya bizim düşmənimizdir.

Bəs kim dedi ki, Rusiya bizim əbədi dostumuzdur? Harada yazılıb ki, Rusiya gəlib bizi xilas edəcək? Niyə biz özümüzü inandırdıq ki, Ermənistan Rusiya üçün Türkiyə ilə Azərbaycan arasında dəyənək kimi dəyərlidir və ruslar hər dəfə bu dəyənəyi sığallayacaqlar? İndi daxili müxalifət istisna olmaqla, hamıya aydındır ki, dəhliz məsələsində ən çox maraqlanan Rusiyadır.

Rusiyanı olduğu kimi başa düşmək və qəbul etmək lazımdır. Amma düşmənçilik etməyə də ehtiyac yoxdur, bu, Ermənistana yeni zərbələr almaqdan başqa heç nə vermir”, – Tatul Akopyan yazıb.

XQ

 

 

Son xəbərlər