"Əsgərə məktub" layihəsi çərçivəsində növbəti aksiya

post-img

Müdafiə Nazirliyinin tədbirlər planına əsasən, 8 Noyabr - Zəfər Günü münasibətilə Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi və "Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri" İctimai Birliyi ilə birgə "Əsgərə məktub" layihəsi çərçivəsində növbəti aksiya keçirir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən XQ-yə bildirildi ki, tədbir bu gün saat 15:00-19:00-dək Yasamal rayonu, Qəzənfər Musabəyovun adını daşıyan parkda baş tutur.

Tədbirdə İcra Hakimiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları, ümumtəhsil məktəblərinin şagirdləri və ictimaiyyət nümayəndələri iştirak edirlər.

 

Rizvan FİKRƏTOĞLU

XQ

Son xəbərlər