Fövqəladə hallar naziri Tovuzda vətəndaşları dinləyib

post-img

Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin respublikanın bölgələrində vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, oktyabrın 28-də fövqəladə hallar naziri Kəmaləddin Heydərov Tovuz şəhərində, Olimpiya İdman Kompleksinin inzibati binasında Tovuz, Ağstafa və Qazax rayonlarının sakinləri ilə görüş keçirib.

FHN-in mətbuat xidmətindən verilən məlumata görə, əvvəlcə nazir xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Tovuz şəhərindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub, əziz xatirəsini dərin ehtiramla anıb.

Sonra fövqəladə hallar naziri tərəfin­dən qəbul edilən Tovuz, Ağstafa və Qa­zax rayonlarının sakinlərinin müraciət­lərinin əksəriyyəti yerində həllini tapıb. Bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə nazirliyin aidiyyəti strukturlarının rəhbərlərinə tapşırıqlar verilib.

Fövqəladə hallar naziri ilə yanaşı, nazir müavinləri, nazirliyin müvafiq baş idarə və qurum rəhbərləri də vətəndaş­larla görüşüb.

Görüşə gələn vətəndaşlar onların müraciətlərinə yerində və operativ yana­şılması üçün yaradılan şəraitə görə döv­lətimizin başçısına minnətdarlıq ediblər.

Son xəbərlər