Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 382 Bakı şəhəri, 26 oktyabr 2023-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 avqust tarixli 292 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qeyri-hökumət təşkilatları tərəfin­dən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilmə­si Qaydası”nda dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitu­siyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 avqust tarixli 292 nömrəli Qərarı (Azərbaycan Res­publikasının Qanunvericilik Toplusu, 2014, № 8, maddə 1024; 2016, № 3, maddə 598; 2019, № 3, maddələr 517, 527; 2020, № 10, maddə 1308; 2021, № 9, maddə 1064) ilə təsdiq edilmiş “Qey­ri-hökumət təşkilatları tərəfindən mə­dəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 1.1-ci bəndə “tədbirlərin” sözündən sonra “və layihələrin (bundan sonra - təd­bir)” sözləri əlavə edilsin.

2. 1.2-ci bənddə “layihələri” sözü “tədbirləri” sözü ilə, “tədbirlər” sözü isə “fəaliyyətlər” sözü ilə əvəz edilsin.

3. 2.1-ci bənddən “yanvarın 31-dək” sözləri çıxarılsın və həmin bənddə “3 (üç) iş günü müddətində” sözləri “ərizələrin təqdim edilməsi üçün müəyyənləşdirilmiş son tarixdən ən azı 10 (on) gün əvvəl” sözləri ilə əvəz edilsin. 

4. 2.1-ci, 2.11-ci, 3.3-cü bəndlərdə “elektron saytında” sözləri “internet sə­hifəsində” sözləri ilə əvəz edilsin.

5. 2.2-ci bənddə “hər il martın 1-dək” sözləri “elanda müəyyən edilmiş müddət ərzində” sözləri ilə əvəz edilsin.

6. 2.3-cü bənddə “düzgünlüyünün və tamlığının yoxlanılması üçün müvafiq şöbəyə təqdim edilir” sözləri “düzgünlü­yü və tamlığı yoxlanılır” sözləri ilə əvəz edilsin.

7. 2.4-cü bəndə “qəbulu üçün” sözlə­rindən sonra “elanda” sözü əlavə edilsin, “müddətdə” sözü “müddət ərzində” söz­ləri ilə əvəz edilsin.

8. 3.1-ci bənddən “hər il mayın 1-dək” sözləri çıxarılsın.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları