Vaqif Xaçaturyanın məhkəməsi noyabrın 1-də davam etdiriləcək

post-img

Qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçaturyan Vaqif Çerkezinin cinayət işi üzrə oktyabrın 25-də növbəti məhkəmə iclası keçirilib.

Məhkəmədə zərərçəkmiş şəxslərin ifadələri dinlənilib. Onlar V.Xaçaturyanın Meşəlidə və ətraf ərazilərdə öz dəstəsi ilə törətdiyi cinayətlərdən danışıblar.

Prosesdə fasilə elan edilib, məh­kəmənin növbəti iclası noyabrın 1-də ke­çiriləcək.

Qeyd edək ki, Vaqif Xaçaturyan Azər­baycan Respublikası Cinayət Məcəlləsi­nin 103-cü (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçür­mə) maddələri ilə təqsirləndirilir.

Vaqif Xaçaturyanın iştirakı ilə Qara­bağ iqtisadi rayonunda yaşayan, həmçi­nin Ermənistan Respublikasından gəlmiş millətçi ermənilərdən ibarət yaradılmış, Azərbaycan Respublikasının qanunveri­ciliyi ilə nəzərdə tutulmayan silahlı hərbi birləşmələrdən ibarət cinayətkar birli­yin tərkibində Xocalı (keçmiş Əsgəran rayonu ərazisində) rayonunun Meşəli kəndində yerli azərbaycanlı əhaliyə qar­şı törədilmiş soyqırımı, təqibetmə, di­dərgin salma, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma cinayətləri nəticəsində ümumilik­də 27 nəfər qəsdən öldürülüb, 21 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 2 nəfər kənd sakini girov götürülüb, 81 ailə təsərrüfatından ibarət 340 nəfər daimi yaşayış yerlərindən Azərbaycan Respublikasının digər ərazilərinə didər­gin salınıb, kənd sakinlərinə ümumilikdə 13 milyon 568 min 60 manat, dövlətə isə 130 min 800 manat məbləğində maddi ziyan vurulub.

XQ

Son xəbərlər