“Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” konfransı xarici mediada

post-img

Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Azərbaycan paytaxtında keçirilən “Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” mövzusunda beynəlxalq konfrans bir sıra nüfuzlu xarici KİV-lərdə geniş işıqlandırılıb. 

Türkiyənin Anadolu agentliyinin fransızdilli versiyasında, “TRT World”, “Haber Global” televiziya kanallarında konfransla bağlı yayımlanan xəbər və süjetlərdə Azərbaycan Prezidentinin tədbir iştirakçılarına müraciətinə geniş yer verilib. Xəbərlərdə dövlətimizin baş­çısının Prezidentinin köməkçisi - Prezi­dent Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Ha­cıyev tərəfindən səsləndirilən müraciə­tində əsasən Fransanın işğal etdiyi və müstəmləkə vəziyyətinə saldığı ölkələr­də insanlığa qarşı çoxsaylı cinayətlər törətməsi barədə fikirləri xüsusi vurğu­lanıb: 

Telekanallarda yayımlanan süjet­lərdə Bakıdakı konfransda kolonializm siyasətinə məruz qalan ölkələrdən çox­lu sayda nümayəndənin iştirak etdiyi vurğulanıb. Konfrans iştirakçılarının Fransanın Avropadan kənarda, Sa­kit və Atlantik okeanlarında dənizaşırı icma və ərazilərində yaşayan xalqların azadlıq arzularına və hüquqlarına hör­mət etmədiyi, həmin ölkələri əsrlərdə müstəmləkəçilik siyasəti ilə əsarət al­tında saxlaması barədə fikirləri diqqətə çatdırılıb. Belə ki, Martinikanın Azadlıq Partiyasının nümayəndəsi Lyuk Fren­sis Kerolun müsahibəsində aşağıda­kı fikirləri təqdim olunub: “Afrikada bir çox ölkə Fransanın neokolonializm si­yasətinə qarşı mübarizə aparır. Fransa Sakit okean və Karib dənizində illərdir eyni siyasəti davam etdirir, amma bu gün Azərbaycana, Türkiyəyə və Fələs­tinə insan hüquqları və azadlıq dərsi verməyə çalışır. Burada danışmaq istə­diyimiz mövzu əslində elə budur. Kon­frans dünyanın müxtəlif bölgələrində yerləşən və hələ də kolonializm siyasə­tindən əziyyət çəkən xalqların səsinin beynəlxalq aləmə çatdırılması üçün gözəl imkandır”. 

“Sputnik”in fransız dili bölməsində yayımlanan xəbərdə Azərbaycan Prezi­denti İlham Əliyevin müraciətində BMT Təhlükəsizlik Şurasının daimi üzvü statusundan istifadə edərək Afrikada qərəzli siyasət yürüdən və Əlcəzairdə milyonlarla mina basdıran Fransanın neokolonial siyasətinin sərt şəkildə pis­ləndiyi vurğulanıb. 

KİV-lərdə yayımlanan xəbərlərdə konfrans çərçivəsində açılan sərgidə Fransanın onilliklər ərzində neokoloni­alizm siyasəti həyata keçirdiyi ölkələrdə insan hüquqlarını kobud şəkildə poz­masını, həmin xalqlara qarşı törətdiyi vəhşilik və soyqırımlarını əks etdirən fotoşəkillərin nümayiş olunduğu bildiri­lib. 

XQ

Son xəbərlər