AFFA Klublar Komitəsinə yeni sədr seçilib

post-img

AFFA Klublar Komitəsinin növbəti iclası keçirilib.

Milli assosiasiyanın rəsmi saytı xəbər verir ki, iclasda qurumun baş kati­bi Sərxan Hacıyev, Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov və Premyer Liqada mübarizə aparan klubların nümayəndələri iştirak ediblər.

Klublar Komitəsinin Əsasnaməsinə uyğun olaraq, sədr vəzifəsinə seçki keçirilib. “Sabah” klubunun prezidenti Maqsud Adıgözəlov səs çoxluğu ilə ko­mitənin sədri seçilib.

İclasda digər məsələlər də müzakirə olunub.

XQ

Son xəbərlər