Zakir Həsənov Özbəkistanda

post-img

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Özbəkistanın müdafiə naziri general-leytenant Baxodir Kurbanovun dəvəti ilə bu ölkəyə rəsmi səfər edib.

Azərbaycanın müdafiə naziri oktyab­rın 19-da "Buxara" ümumqoşun poliqo­nuna gəlib.

Rəsmi qarşılanma mərasimi keçirilib. 

Sonra müdafiə nazirləri arasında əv­vəlcə təkbətək, daha sonra isə nümayən­də heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirilib.

Görüşdə Azərbaycan ilə Özbəkistan arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığın inkişaf pers­pektivləri, hər iki ölkənin mütəxəssislə­rindən ibarət heyətin mütəmadi olaraq qarşılıqlı səfərlərinin təşkili və maraq doğuran bir sıra digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Sonra poliqonun fəaliyyəti, maddi və tədris bazası ilə tanışlıq olub. Burada qonaqlara hərbi qulluqçuların nümunəvi məşğələləri nümayiş etdirilib.

Yekunda "Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Özbəkistan Respub­likası Müdafiə Nazirliyi arasında 2024-cü il üçün ikitərəfli əməkdaşlıq Planı” imza­lanıb.

XQ

Son xəbərlər