Avropa Fransaya müstəmləkəçiliyə son qoymaqla bağlı heç bir təzyiq göstərmir - Yakop Bisep

post-img

Fransa əlindən gələni edir ki, Avropa ölkələri müstəmləkə məsələsindən uzaq qalsın, marağında olmasın.

Trend xəbər verir ki, bu barədə Qvadelupanın azadlığı naminə xalq birliyinin nümayəndəsi Yakop Bisep mətbuat konfransı zamanı deyib.

O qeyd edib ki, Fransa Avropa İttifaqında müstələməkə tərəfdarı lobbilərin səsinin eşidilməsinə çalışır.

“Avropa Fransaya müstəmləkəçiliyə son qoymaqla bağlı heç bir təzyiq göstərmir. Aİ-də olan üzv dövlətlərin bəziləri də müstəmləkə dövləti olublar”,- deyə o bildirib.

Qeyd edək ki, sabah Bakıda Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Neokolonizalizm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” adlı beynəlxalq konfrans keçiriləcək.

Bakı Təşəbbüs Qrupu (BTQ) Azərbaycan Respublikasının sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 6 iyul 2023-cü ildə Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın iştirakçıları tərəfindən yaradılıb.

BTQ XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verir.

Son xəbərlər