Sahibə Qafarova türkiyəli nazirlə görüşdü

post-img

Dünən Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş ilə görüşüb. 

Görüşdə Azərbaycan–Türkiyə əlaqə- lərinin Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” müdrik kəlamına  uyğun olaraq bütün sahələrdə inkişafından məmnunluq ifadə olunub, dövlət başçılarının siyasi iradəsi və qətiyyəti sayəsində bu əlaqələrin özünün ən yüksək zirvəsinə çatdığı vurğulanıb. 

Azərbaycan və Türkiyənin ortaq tarixi, mədəniyyəti, dəyərləri ilə bağlı fikirlərini bildirən S.Qafarova qardaş xalqlarımızı birləşdirən ən mühüm dəyərlərdən biri kimi ailə dəyərlərinin əhəmiyyətini, cəmiyyətlərimizdə ailə institutuna, qadınların roluna göstərilən münasibəti qeyd edib, müasir qloballaşma şəraitində bu dəyərlərin qorunmasının vacibliyini vurğulayıb. 

Türkiyə Respublikasının ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş qardaş Azərbaycanda olmaqdan məmnunluğunu, ölkələrimiz və xalqlarımız arasında dostluq və qardaşlıq münasibətlərinin daim inkişaf etdiyini, xoş gündə də, çətin gündə də bir yerdə olduğunu diqqətə çatdırıb. 

 

Ə.BƏDƏLOV
XQ

Son xəbərlər