Rumıniya Azərbaycanla strateji tərəfdaş olan ilk Avropa İttifaqı ölkəsidir

post-img

Milli Məclisin Sədri Sahibə Qafarova Rumıniyaya rəsmi səfəri çərçivəsində bu ölkənin Baş naziri İon-Marçel Çolaku ilə görüşüb. 

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən qəzetimizə verilən məlumatda bildirilir ki, qonaqları salamla­yan Rumıniyanın Baş naziri Azərbaycana səfərini və səfər çərçivəsində Prezident İlham Əliyevlə görüşünü xoş təəssü­ratlarla xatırlayıb. O, iki ölkə arasında strateji münasibətlərin uğurla inkişafını qeyd edərək, Azərbaycan və Rumıniya­nın sadəcə tərəfdaş deyil, həm də dost ölkələr olduğunu vurğulayıb. Baş nazi­rin sözlərinə görə, Azərbaycanın dövlət müstəqilliyini Türkiyədən sonra dünyada ikinci tanıyan ölkə Rumıniyadır. Həmçinin, Rumıniya Azərbaycanla strateji tərəfdaşlı­ğa dair saziş imzalayan ilk Avropa İttifaqı ölkəsidir. Azərbaycanın Rumıniyanın Cə­nubi Qafqazda birinci ticarət tərəfdaşı ol­duğunu diqqətə çatdıran İon-Marçel Çola­ku ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafı üçün daha böyük potensial oldu­ğunu qeyd edib. 

İ.Çolaku, həmçinin Azərbaycanın Av­ropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rolu barədə danışıb. O, avropalı həmkarları ilə də Cə­nub Qaz dəhlizini müzakirə etdiyini xatır­ladaraq deyib ki, nəqliyyat sahəsində də Azərbaycan mühüm rola malikdir. Onun sözlərinə görə, Qara dəniz və Xəzər də­nizi arasında nəqliyyat bağlantısının güc­ləndirilməsi üçün yaxşı imkanlar mövcud­dur. “Yaşıl enerji” layihələrinin vacibliyini vurğulayan İon-Marçel Çolaku deyib ki, Avropanın hazırda “yaşıl enerji”yə ciddi ehtiyacı var. Azərbaycandan “yaşıl enerji”­nin ixracı məsələsi əhəmiyyətlidir.

Milli Məclisin Sədri Sahibə Qafarova Azərbaycan-Rumıniya dostluq münasi­bətlərinin strateji tərəfdaşlıq səviyyəsin­də uğurla inkişaf etdiyini deyərək, Baş nazirin Rumıniya Deputatlar Palatasının Sədri kimi cari ilin fevral ayında ölkəmizə səfərini və onunla görüşünü məmnunluq­la xatırlayıb. O, ikitərəfli münasibətlərin inkişafında dövlət başçıları səviyyəsində qarşılıqlı səfərlər və görüşlərin müstəsna rolunu qeyd edərək, Azərbaycan və Ru­mıniya prezidentlərinin qarşılıqlı səfərlə­rini xatırladıb. S.Qafarova bu səfərlərin ölkələrimiz arasında yüksək səviyyəli fəal siyasi dialoqun mövcudluğunun göstərici­si olduğunu bildirib. 

Parlamentinin rəhbəri iki ölkə arasında imzalanmış müqavilələrdən söhbət açıb və deyib ki, hüquqi baza kifayət qədər zəngindir. Qeyd olunub ki, bu günə qədər iki ölkə arasında 60-dan çox sənəd imza­lanıb. Bu da ikitərəfli münasibətlər üçün mühüm hüquqi baza təşkil edir. Onun söz­lərinə görə, hazıra ölkələrimiz arasında iq­tisadiyyat, enerji sahəsində əlaqələr yaxşı səviyyədədir, ticarət dövriyyəsi getdikcə artmaqdadır. Bununla yanaşı, müxtəlif sahələr üzrə əməkdaşlığın genişləndiril­məsi üçün əlverişli potensial var. 

S.Qafarovanın sözlərinə görə, hazır­da enerji təhlükəsizliyi məsələsində yeni perspektivlər var. O cümlədən, “yaşıl enerji” sahəsində əməkdaşlığın gücləndi­rilməsi imkanları mövcuddur. 

Sahibə xanım Ermənistanın işğalçılıq siyasətindən də söhbət açıb. O, BMT Təh­lükəsizlik Şurası və digər beynəlxalq təş­kilatlar tərəfindən qəbul olunmuş və əra­zilərimizin Ermənistanın işğalından azad edilməsini nəzərdə tutan qətnamələrin 30 ilə yaxın icra olunmamasını diqqətə çatdı­rıb. 2020-ci ildə Azərbaycanın öz gücünə həmin qətnamələrin icrasını yerinə yetirib. Amma çox paradoksaldır ki, bu gün bəzi dairələr özünün beynəlxalq hüquqla tanın­mış, təsdiq olunmuş ərazi bütövlüyünü və suverenliyini bərpa etdiyi üçün Azərbayca­na qarşı qərəzli bəyanatlar səsləndirirlər. 

Baz nazir İ.Çolaku Rumıniyanın hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini, tezliklə Azərbaycanla Er­mənistan arasında sülh sazişinin imzalan­masını arzuladıqlarını diqqətə çatdırıb. 

***

Rumıniyada rəsmi səfərdə olan Milli Məclisin Sədri Sahibə Qafarovanın baş­çılıq etdiyi parlament nümayəndə heyəti Buxarestdəki “Tey” parkında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edib və abidənin önünə əklil qoyub.

Xatırladaq ki, 2004-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə Buxarestdə ulu öndər Heydər Əliyevin abidəsinin açılışı olub. Dünya şöhrətli siyasi xadim Heydər Əliyevin Buxarestdə abidəsinin qoyulması Azərbaycan-Rumıniya əlaqələrinin inkişa­fının təzahürüdür.

 

Əliqismət BƏDƏLOV
XQ

Son xəbərlər