Oktyabrın 10-da Nazirlər Kabinetində “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” ilə bağlı iclas keçirilib. İclasda proqramın icra vəziyyətinə dair məsələlər müzakirə edilib.
Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov bildirib ki, Dövlət Proqramında müəyyən edilmiş 11 prioritet üzrə genişmiqyaslı tədbirlərin görülməsi nəzərdə tutulur. Belə ki, Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə təsdiq olunmuş sözügedən Dövlət Proqramının 2023–2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planında biznes mühiti, ticarət, sənaye, kənd təsərrüfatı, turizm, energetika, infrastruktur, insan kapitalı və sosial sektorun inkişafı, institusional və ətraf mühit sahələrində 315 tədbirin həyata keçirilməsi nəzərdə tutulub.
Sonra İİTKM-in icraçı direktoru Vüsal Qasımlı monitorinq və hesabatlıq portalını təqdim edib, monitorinq və qiymətləndirilmənin aparılması qaydaları haqqında məlumat verib.
Daha sonra iclasda Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər üzrə görülən işlərin həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə edilib.
XQ