Türkiyə ilə enerji əməkdaşlığının növbəti hədəfləri

post-img

Azərbaycan ilə Türkiyə arasında uğurlu iqtisadi əməkdaşlıq, birgə reallaşdırılan enerji layihələrinin əhəmiyyəti və əməkdaşlığın perspektivləri nəzərdən keçirilib. 

İqtisadiyyat naziri Mikayıl Cabbarov və SOCAR-ın prezidenti Rövşən Nəcəf İstanbulda Türkiyənin energetika və tə­bii sərvətlər naziri Alparslan Bayraktar­la görüşüb.

Görüşdə iqtisadiyyat naziri ölkələri­miz arasında səmərəli enerji tərəfdaş­lığını, birgə reallaşdırılan layihələrin regional inkişafa, stabilliyə və təhlükə­sizliyə, Azərbaycan və Türkiyənin stra­teji maraqlarının təmin olunmasına xid­mət etdiyini vurğulayıb. 

Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar ölkələrimizin iştirakı ilə həyata keçirilən genişmiqyaslı enerji layihələrinin Av­ropanın enerji təhlükəsizliyinin təmin olunmasında xüsusi əhəmiyyət kəsb etdiyini bildirib. 

XQ

Son xəbərlər