“Millətin atası” kitabının Kiyevdə təqdimatı

post-img

Ukrayna Milli Aviasiya Universitetinin Beynəlxalq Əlaqələr İnstitutunun Beynəlxalq hüquq kafedrasının professoru, soydaşımız Arif Quliyevin Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı çapdan çıxan “Millətin atası” kitabının təqdimat mərasimi keçirilib.

Kiyevdəki Mikoli Rudenko adına Kitabxa­nada təşkil olunan mərasimdə Azərbaycanın Ukraynadakı səfirliyinin əməkdaşları, Kiyev Şəhər Mədəniyyət İdarəsinin nümayəndələri, Ukraynanın ictimai-siyasi xadimləri, diaspor fəalları iştirak ediblər.

Tədqiqat əsərində ulu öndər Heydər Əliyevin zəngin irsindən bəhs olunduğunu vur­ğulayan professor Arif Quliyev Ümummilli lide­rin çoxşaxəli siyasi fəaliyyətinin daha dərindən öyrənilməsinin vacibliyindən, nəşri ərsəyə gətir­mək üçün apardığı araşdırmalardan söz açıb. 

Kiyevin Darnitsa rayon mədəniyyət şöbə­sinin müdiri Natalya Melniçuk, texnika elmləri doktoru Şöhrəddin Əsgərov, paytaxtın Şev­çenko rayon prokuroru Samir Sadıqov, Kiyev Şəhər Mədəniyyət İdarəsinin milli azlıqlar idarəsinin rəisi Kristina Kapitan və digərlə­ri çıxışlarında kitabın ölkəmizin beynəlxalq əlaqələri, Azərbaycan-Ukrayna münasibətləri­nin araşdırılması baxımından sanballı mənbə olduğunu vurğulayıblar. 

XQ

Son xəbərlər