Ulu öndərin sosial siyasəti ekranda

post-img

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş sənədli film hazırlayıb. Ekran əsəri Ulu öndərin həyat və fəaliyyətində seçilən yer tutan, yüksək mənəvi xüsusiyyətlərdən biri sayılan həssas qruplara qayğıkeş münasibətini əks etdirir.

Şəhid ailələrinə, qazilərə, tənha ahıllara, digər həssas qruplara daim diqqət və qayğı göstərən Ümum­milli lider Heydər Əliyev bu sahədə mükəmməl dövlət siyasəti formalaş­dırıb. Təqdim edilən filmdə də Ulu ön­dərin bu yöndə fəaliyyəti, humanitar görüşdüyü və onun qayğışı ilə əhatə olunmuş vətəndaşların ürək sözləri yer alıb. 

1997-ci ildə ümummilli lider Hey­dər Əliyevin iştirakı ilə açılış mərasi­mi olmuş yaşayış binasında mənzillə təmin edilmiş qazi Rasim Ələkbərov, şəhid ailəsi üzvü Südabə Fətəliyeva, Ulu öndəri böyük məhəbbətlə xatırla­yırlar. Prezident Heydər Əliyev 1995-ci ilin yanvar ayında Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzin­də olarkən onunla görüşmüş, hər iki qolu taxma olduğu halda uzun illər protez istehsalı sahəsində çalışmış Nazim Əliyevin, 1998-ci ildə Əlilliyi olan şəxslərin I Ümumrespublika Bə­dii Yaradıcılıq Baxış Müsabiqəsində ümummilli liderlə görüşmüş Safura və Rəsmiyyə Dadaşova bacıları­nın, Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin sakini Həbib Qənbəro­vun, II Dünya müharibəsi veteranı Ağababa İskəndərovun, Ulu öndərin 1996-cı ildə Atlant Yay Paralimpiya Oyunlarına yola salınan və 2000-ci ildə Sidneydəki Paralimpiya Oyun­larından qayıtmış paralimpiyaçılarla görüşündə iştirak etmiş Mehman Ra­mazanzadənin unudulmaz xatirələri də filmin təsirli epizodlarıdır.

Z.HÜSEYNOVA
XQ

Sosial həyat