Toronto şəhərində Azərbaycanın görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar “Ulu Öndər Heydər Əliyevin irsinə həsr olunmuş kitabların nəşri” beynəlxalq layihəsi çərçivəsində Azərbaycan və ingilis dillərində işıq üzü görmüş “Heydər Əliyevin həyatının 100 anı” kitabının təqdimat mərasimi keçirilib.
Nort York Mərkəzi Kitabxanasında keçirilən təqdimat mərasimində Kanada hökumətinin və parlamentinin təmsilçiləri, yerli ictimaiyyətin, icmaların nümayəndələri, Azərbaycan diaspor təşkilatlarının rəhbərləri və fəalları iştirak ediblər.
Mərasimdə çıxış edən Kanadanın keçmiş multikulturalizm naziri və sabiq parlament üzvü Toni Ruprext, Toronto şəhərində fəaliyyət göstərən Azərbaycan Evinin rəhbəri Lalin Həsənova dahi şəxsiyyət Heydər Əliyevin mənalı və şərəfli ömür yolunun parlaq səhifələrinin xalqımızın yaxın tarixi keçmişi ilə ayrılmaz vəhdət təşkil etməsindən danışıblar.
XQ