Ulu öndərin əsərləri elmi mənbə kimi

post-img

Bakı Dövlət Universitetində “Heydər Əliyevin əsərləri Azərbaycan tarixini öyrənmək üçün mənbə kimi” mövzusunda elmi seminar keçirilib.

Seminarda Tarix fakültə­sinin dekan müavini dosent Kəmalə Nəcəfova Ulu öndə­rin müstəsna tarixi xidmətlə­rindən danışıb. Bildirilib ki, Ümummilli liderin həyatı və fəaliyyəti Azərbaycan tarixi­nin xüsusi bir mərhələsini təşkil edir. Azərbaycanda hüquqi dövlət quruculuğu, azərbaycançılıq ideologiya­sının formalaşdırılması Ulu öndərin adı ilə bağlıdır.

Mənbəşünaslıq, tarixşü­naslıq və metodika kafed­rasının müdiri, Milli Məclisin deputatı, professor Anar İsgəndərov mövzu ilə bağlı geniş çıxış edib. O, diqqətə çatdırıb ki, Ulu öndər tarixi prosesə təsir göstərməyə qadir şəxsiyyət kimi Azər­baycan xalqı və dövlətçiliyi üçün böyük işlər görüb.

Son xəbərlər