Nazir Rəşad Nəbiyev “Roskosmos”un baş direktoru ilə görüşüb

post-img

Oktyabrın 2-də rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev 74-cü Beynəlxalq Astronavtika Konqresində iştirak edən Rusiya Federal Kosmik Agentliyinin (“Roskosmos”) baş direktoru Yuriy Borisovla görüş keçirib.

Görüş zamanı yüksəkixtisaslı yeni nə­sil mühəndislərin hazırlanması və digər qarşılıqlı maraq kəsb edən məsələlər mü­zakirə olunub.

Azərbaycan və APSCO arasında əməkdaşlığın genişlənir 

Həmin gün nazir Rəşad Nəbiyev 74-cü Beynəlxalq Astronavtika Konqresində iştirak məqsədilə ölkəmizdə səfərdə olan Asiya-Sakit Okean Kosmik Əməkdaşlıq Təşkilatının (APSCO) baş katibi xanım Yu Qi ilə ikitərəfli görüş keçirib.

Görüş zamanı Azərbaycan və APS­CO arasında elm, tədqiqatlar və təlimlər istiqamətində əməkdaşlığın genişləndiril­məsi müzakirə edilib.

XQ



Son xəbərlər