Mnatsakanyan da saxlanıldı

post-img

Lyova Henrixi Mnat- sakanyan Azərbaycandan Ermənistan istiqamətində hərəkət etməyə cəhd göstərərkən saxlanılıb.

Bu barədə Dövlət Sər­həd Xidmətinin Mətbuat mərkəzindən məlumat ve­rilib.

Belə ki, sentyabrın 29-da “Laçın” dövlət sərhə­dindən buraxılış məntəqə­sində DSX əməkdaşlarının sayıqlığı nəticəsində Azər­baycan Respublikası əra­zisinə qeyri-qanuni gələrək 2015-2018-ci illərdə qon­darma “Dağlıq Qarabağ Respublikasının müdafiə naziri” vəzifəsində çalışmış 1965-ci il təvəllüdlü Lyo­va Henrixi Mnatsakanyan Azərbaycandan Ermənis­tan istiqamətində hərəkət etməyə cəhd göstərərkən saxlanılıb.

Saxlanılan şəxs Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələri əmək­daşlarının müşayiəti ilə Bakı şəhərinə gətirilib və barəsində müvafiq qərar qəbul edilməsi üçün aidiy­yəti dövlət orqanlarına təh­vil verilib.

XQ

Son xəbərlər