Davit Manukyan həbs edildi

post-img

Azərbaycan Respublikasının Rusiya sülhməramlılarının müvəqqəti dislokasiya olunduğu ərazilərində qanunsuz erməni silahlı birləşmələrinin törətdikləri və insanların həlak olması ilə nəticələnmiş çoxsaylı terror aktları ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətində ibtidai istintaq davam etdirilir.

Əldə olunmuş sübutlar əsasında, Ermənistan Res­publikasının vətəndaşı, 1971-ci il təvəllüdlü Davit Azati Ma­nukyan tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəllə­sinin 214.2.1, 214.2.2, 214.2.3 (mütəşəkkil dəstə tərəfindən təkrar terrorçuluq), 228.3 (qa­nunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama və daşıma), 279.3 (qanunve­riciliklə nəzərdə tutulmayan silahlı birləşmələr və qruplar yaratma) və 318.1-ci (Azər­baycan Respublikasının döv­lət sərhədini qanunsuz olaraq keçmə) maddələrində ehtiva olunan cinayət əməllərinin törədilməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

İttihama əsasən, 10 no­yabr 2020-ci il tarixli üçtərəfli Bəyanatda erməni silahlı qüv­vələrinin Azərbaycan Respub­likasının ərazisindən çıxarıl­masının nəzərdə tutulmasına baxmayaraq, Ermənistan Res­publikasında anadan olmuş və orada pasport qeydiyyatında olan, həmin ölkənin vətənda­şı, silahlı qüvvələrinin hərbi qulluqçusu, general-mayor ali hərbi rütbəsində xidmət edən Davit Manukyan ötən müddət ərzində Azərbaycan Respub­likasının Qarabağ ərazisin­də cinayət əməllərini davam etdirərək, qondarma “Dağlıq Qarabağ Respublikasının mü­dafiə ordusu komandanının birinci müavini” adı altında Azərbaycan Respublikasının ərazisində qanunsuz mütəşək­kil silahlı birləşmələrin fəa­liyyətinin təşkilində və idarə edilməsində, silah-sursat, partlayıcı maddə və qurğularla təchizatında iştirak etmişdir.

Eyni zamanda o, həmin terrorçu dəstələr vasitəsilə Azərbaycanda ictimai təhlükə­sizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət haki­miyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qə­bul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına, əmlakına ziyan vurulması və ya başqa ictimai təhlükəli nə­ticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlərlə müşayiət olu­nan terror aktlarının törədilmə­sinin təşkilində iştirak etmişdir.

Davit Manukyan 27 sent­yabr 2023-cü il tarixində sax­lanılaraq təqsirləndirilən şəxs qismində cinayət məsuliyyə­tinə cəlb edilmiş, məhkəmənin qərarı ilə barəsində həbs qə­timkan tədbiri seçilmişdir.

Hazırda cinayət işi üzrə is­tintaq-əməliyyat tədbirləri apa­rılır.

XQ

Son xəbərlər