Qənirə Paşayeva əbədiyyətə qovuşdu

post-img

Azərbaycan cəmiyyətinə, ictimai fikrinə, jurnalistikasına ağır itki üz verib. Milli Məclisin Mədəniyyət komitəsinin sədri, dəyərli həmkarımız Qənirə xanım Paşayeva vəfat edib. 

Q.Paşayeva 1975-ci il martın 24-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olub. 1998-ci ildən 2005-ci ilədək aktiv jur ­nalist fəaliyyəti göstərib. Qənirə Paşayeva Heydər Əliyev Fondunun İctimaiyyət­lə əlaqələr şöbəsinin müdiri kimi də çalışıb. Üçüncü, dördüncü və beşinci çağırış Milli Məclisin deputatı seçilib. 

Q.Paşayeva qısa, amma mənalı ömrünü Vətəninə həsr etmiş yurdsevər ziyalı, xeyirxah ictimai xadim idi. 

Həyatdan vaxtsız gedən həmka­rımızın işıqlı xatirəsi daim qəlbimiz­də yaşayacaq! 

Allah rəhmət eləsin!

Son xəbərlər