ABŞ alimləri insan orqanizminin enerjisi ilə işləyən beyin implantı hazırlayıblar. Tədqiqatçılar, bu implant sayəsində insanların hər yerdə və istənilən vaxt düşüncələri ilə kompüterləri və ağıllı cihazları idarə edəcəklərini bildiriblər.
“Beyin interneti” adlanan implant mövcud beyin çiplərindən fərqli olaraq istifadəçinin beyin dalğalarını tutmaq üçün kompüterə və ya cihaza qoşulmağa ehtiyac duymur. Çipləri implantasiya etmək üçün həkimlər kəllənin üzərindəki dərini çıxarır, sonra çip və smart cihazlar arasında əlaqəni yaxşılaşdırmaq üçün orta xətt kəllə sümüyü nazikləşdirilir. Düyü dənəsi ölçüsündə olan implant insanlara harada olmalarından asılı olmayaraq internetə, kompüterlərə və digər ağıllı cihazlara qoşulmağa imkan verir.
Qeyd edək ki, neyron implantlar və geyilə bilən cihazlar arasında məlumatların maksimum ötürülməsi və daşınmasını təmin edən ilk tədqiqatdır.
ƏFSANƏ
XQ